Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dəyişiklik, əlillik müddətinin bitməsindən sonrakı 6 ay aralıq müddəti ilə əlaqədardır.
Belə ki, əlillik müddəti bitdikdən sonrakı 6 ay ərzində əlillik təkrar qiymətləndirilir.
Nəticədə şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.
Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Layihə səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. BAKU.WS-in məlumatına görə, iclasda aşağıdakı məsələlər müzakirə olunacaq: 1. İnsan al...