Əli Əsədov və İrakli Kobaxidze Azərbaycandakı yeni səfirlik üçün ayrılan torpaq sahəsinə baxış keçiriblər
17
yan
2025
15:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Bakıda səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər.
BAKU.WS-ə Nazirlər Kabinetindən verilən məlumata görə, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.
Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...