Əli Əsədov Levan Davitaşvili ilə görüşdü

Əli Əsədov Levan Davitaşvili ilə görüşdü
Siyasət 56

Azərbaycanın baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

BAKU.WS Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Son xəbərlər