Əli Əsədov: "COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi tarixi bir mərhələdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi qlobal iqlim maliyyəsində tarixi bir mərhələdir".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.
Baş nazir bildirib ki, bu öhdəlik 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyəsinin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutur:
"Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivə üzrə danışıqları uğurla tamamlayaraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun icrasını təmin etdi. Eyni zamanda, iqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olundu".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...