Əli Əsədov: “Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür”
Yeniliklərdən dərhal xəbərdar olun
“Səfərimiz çox uğurlu keçdi. Bu iki gün ırzində çox məhsuldar görüşlər keçirdik”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.
Baş nazir bildirib ki, Azərbaycana bütün məsələlərdə göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdardır: “Biz neçə gün ərzində çox işgüzar işlədik. Komissiyanın bugünkü iclası bir daha onu göstərdi ki, Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür. Heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri bundan sonra inkişaf edəcək”.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...