Elçin Əmirbəyov Britaniyanın yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində krallığın bir sıra yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
"İşgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığın Milli Təhlükəsizlik müşaviri Tim Barrou, Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində dövlət naziri Stiven Doti, parlament üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşərək Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, Azərbaycan - Ermənistan sülh prosesinin vəziyyətini və COP29-u müzakirə edib.
O həmçinin "Chatham House"dakı çıxışında Azərbaycan-Ermənistan sülh prosesi və COP29 barədə danışıb", - məlumatda diqqətə çatdırılıb.
Qalereya
On a working visit, Elchin Amirbayov @presidentaz Representative on special assignments, met with 🇬🇧 National Security Advisor Tim Barrow, @FCDOGovUK Minister Stephen Doughty, @UKParliament members & other senior officials to discuss 🇦🇿 🇬🇧bilateral relations, status of the 🇦🇿🇦🇲… pic.twitter.com/jGDFHGi4jF
— Elin Suleymanov (@ElinSuleymanov) October 29, 2024
Oxşar xəbərlər
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı: "TRT Haber"dən xüsusi REPORTAJ
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber" telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü mün...
