Elçin Əmirbəyov Braziliyanın yüksək vəzifəli şəxsləri ilə görüşüb
Braziliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkənin xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Maria Laura da Roşa və Braziliya dövlət başçısının xarici siyasət üzrə baş müşaviri Selso Amorim ilə görüşüb.
Bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz "X" sosial şəbəkəsində müvafiq paylaşım edib.
E.Əmirbəyov həmçinin, Rio-Branko İnstitutunda Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri mövzusunda çıxış edib.
Səfəri çərçivəsində Elçin Əmirbəyovun Braziliya Milli Konqresindəki (ikipalatalı parlament - Qeyd) rəsmi şəxslərlə və ölkə mediasının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti COP31-ə hazırlıqla bağlı ilk strateji planlaşdırma görüşündə iştirak edib
Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıqla bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNF...