Ekvador prezidentliyinə namizəd başından güllələnərək öldürülüb - ANBAAN VİDEO

Ekvador prezidentliyinə namizəd başından güllələnərək öldürülüb - ANBAAN VİDEO
Video
Siyasət 0

Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.

BAKU.WS BBC-ə istinadən xəbər verir ki, o, başından 3 güllə yarası alıb və hadisə yerində keçinib.

Ölkənin hazırkı prezidenti Gilyermo Lasso isə cinayətdən "qəzəbləndiyini və şoka düşdüyünü" söyləyib və insidenti həll etmək üçün təcili təhlükəsizlik iclası çağırıb:

“Onun xatirəsi və mübarizəsi naminə sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Yaxın bir neçə dəqiqə ərzində dövlətin Təhlükəsizlik Şurası Prezident Sarayında toplaşacaq”.

Son xəbərlər