Eka Tkeşelaşvili: Bakı və İrəvan arasında sülh sazişinin imzalanması bütün region üçün əlamətdar hadisə olacaq

Eka Tkeşelaşvili: Bakı və İrəvan arasında sülh sazişinin imzalanması bütün region üçün əlamətdar hadisə olacaq
Siyasət 34

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bütün region üçün əlamətdar hadisə olacaq, çünki bu, hərtərəfli əməkdaşlığın inkişafına təkan verəcək.

Bu barədə "Report"a Bakı və İrəvan arasında sazişin mətninə dair müzakirələrin başa çatması ilə bağlı bəyanatları şərh edən Gürcüstanın baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili deyib.

"Sülh sazişinin imzalanması hamının gözlədiyi hadisədir və şübhəsiz ki, bütün region üçün əlamətdar olacaq", - Tkeşelaşvili XII Qlobal Bakı Forumunun kuluarlarında vurğulayıb.

Siyasətçinin sözlərinə görə, prosesin uğurla başa çatması üçün saziş hər iki tərəf üçün qarşılıqlı məqbul olmalıdır.

"Bunun ikitərəfli proses olması, yəni tərəflərin məsələləri birbaşa, vasitəçilər olmadan müzakirə etməsi öz özlüyündə müsbət haldır. Üçüncü tərəflərin olması dialoqu formal edir və real irəliləyişi minimuma endirir", - o bildirib.

Son xəbərlər