Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılıb

Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılıb
Siyasət 255

Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici işər nazirinin müavini Yevgeni Yenin bildirib.

Onun sözlərinə görə, təyyarə naməlum şəxslər tərəfindən sərnişinlərlə birlikdə İran istiqamətinə qaçırılıb.

Qeyd edək ki, təyyarə Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstana göndərilib.

“Bizim təyyarə faktiki olaraq oğurlanıb. Onun içərisində naməlum sərnişinlər olub. Təyyarə İran istiqamətində uçub”, - deyə Ukrayna XİN rəsmisi bildirib.

Son xəbərlər