Baş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Ölkənin 1992-ci ildə ECO-ya qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib.
Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün ECO ölkələri üçün faydalıdır.
Görüş zamanı Azərbaycanla Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Oxşar xəbərlər
Leyla Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri,...
