Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bununla bağlı ədliyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Ceyhun Tağıyev gətirilib.
Qeyd edək ki, Ceyhun Tağıyev əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının hər 3 dərəcəsi ilə təltif edilib.
2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.
Oxşar xəbərlər
Trampın İlham Əliyevlə təkbətək görüşü: Azərbaycan liderinin qlobal məsələlərdə rolunun təsdiqi - ŞƏRH
Davos Forumu 2026-cı ilin yanvar ayında dünya gündəmini zəbt edən əsas məsələlərdən oldu. Maraqlıdır ki, budəfəki görüş zamanı Davos təkcə iqtisadi yox, eyni za...