Əbülfəs Qarayev ölkədən çıxışına qadağa qoyulması ilə bağlı iddialara CAVAB VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı “unikal.org”a açıqlama verən Ə.Qarayev yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Mənim harasa getmək niyyətim yoxdur. Oturmuşam evdə, elmi işlərlə məşğulam. Ölkədən çıxmağıma heç bir məhdudiyyət qoyulmayıb.
Biz hüquqi dövlətdə yaşayırıq. Hər hansı bir məhkəmə qərarı olarsa, mənə cərimə yazılarsa, ondan sonra məsuliyyət daşıyacam.
Mən 26 il nazir işləyib, dövlət üçün çalışmışam. Prezidentin, xalqın yolunda çalışmışam. Bu dövrdə nə edə bilmişəmsə, etmişəm. Nə edə bilməmişəm, harada da səhvlərim olubsa, günahını daşıyıram”.
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....