Düşmənin növbəti təxribatının qarşısı alındı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
12 iyul təxribatı zamanı adekvat cavab tədbirlərindən dərs çıxarmayan düşmən silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıb.
Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan məhz bu evə dəyib.
Erməni silahlı birləşmələri avqustun 17-si səhər saatlarında da təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəşə tutub. Ordumuzun düşmənə adekvat cavab və cəza tədbirləri görüb. Düşmənin atəş nöqtələri susdurulub. Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...