Dünyaya səs salan müdafiə sistemi: Türkiyəni "Polad qübbə"yə nə vadar etdi?
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Türkiyənin milli müdafiə sənayesinin yaratdığı çoxpilləli "Polad qübbə" Hava Hücumundan Müdafiə sisteminin tərkibi, imkanları və ölkənin quru-dəniz məkanının qorunmasında strateji əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilir ki, İsrailin "Dəmir qübbə" sistemində aşkarlanan boşluqlar ABŞ-də "Qızıl qübbə", Türkiyədə isə yerli "Polad qübbə" layihələrinin daha sürətli inkişafını gündəmə gətirib.
Qeyd olunub ki, Türkiyə 2024-cü ilin avqustunda start verdiyi bu proqram çərçivəsində avqustun 27-də ASELSAN-ın Gölbaşı müəssisəsində 47 elementdən ibarət 460 milyon dollar dəyərindəki ilk "Göy qübbə" paketini ordunun istifadəsinə təhvil verərək vacib mərhələni tamamlayıb.
"Polad qübbə" alçaq, orta və yüksək hündürlükləri əhatə edən çoxpilləli müdafiə arxitekturası və süni intellekt əsaslı HAKİM idarəetmə sistemi ilə seçilir. Sistemin ilk pilləsi dronlar və qanadlı raketlərə qarşı ALKA, İHTAR, "Şahin", "Alp", "Gökberk" və daşınabilən SUNGUR vasitələri ilə təmin edilir. Orta və uzunmənzilli müdafiə isə HİSAR-A, HİSAR-O və SİPƏR kompleksləri vasitəsilə həyata keçirilir. SİPƏR-1-in mənzili 100 km, SİPƏR-2-nin isə 150 km-dən artıqdır.
Layihədə KORKUT, PUHU, REDET və EJDERHA kimi digər milli sistemlərin də mühüm rol oynadığı vurğulanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Dağıdılan hər qəbiristanlığın dəqiq tarixini müəyyən etmişik
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi, tədqiqatçı...