Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşüb - VİDEO

Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşüb - VİDEO
Video
Siyasət 11

Türkiyənin Mardin bölgəsində yaşayan və 2 metr 51 santimetr boyu ilə "dünyanın ən uzun adamı" ünvanını qoruyan Sultan Kösen 62,8 santimetr boyu ilə "dünyanın ən qısa qadını" olan hindistanlı Jyoti Amge ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş ABŞ-də, Kaliforniya ştatının Irvine şəhərində baş tutub.

Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşüb - VİDEO

Əvvəlki görüşdən 6 il sonra bir araya gələn bu iki şəxs birlikdə səhər yeməyi yeyiblər.

Əyləncəli vaxt keçirən ikili, səhər yeməyindən sonra xatirə fotosu çəkdiriblər.

Amerikalı prodüserin dəvəti ilə təşkil olunan təşkilat çərçivəsində Kösen və Amge sabah Los-Ancelesə gedəcəklər. Sultan və Jyotinin görüşünü amerikalı prodüser lentə alacaq.

Qeyd edək ki, onlar daha əvvəl 2018-ci ildə Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə paytaxt Qahirədə görüşüb və Giza Piramidalarını ziyarət ediblər.

Son xəbərlər