"Dünyanı xilas edin": III Dünya Müharibəsini istəmirik
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər ABŞ və İran arasında yaranan gərginlik həm regionda, həm də digər ölkələrdə böyük həyəcanla izlənilir. Tərəflərin bir-birinə qarşı güc istifadə etməsi, aşkar müdaxiləyə keçməsi böyük müharibə riskinin olmasını gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçiləri "Dünyanı xilas edin", "III Dünya Müharibəsini istəmirik" və s. başlıqlı yazılar paylaşaraq Vaşinqton və Tehran arasında sülhün təmin olunmasını istəyiblər.
ABŞ-ın İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandanı Qasim Süleymaniyə sui-qəsd təşkil etməsi ilə başlayan gərginliyə rəsmi Tehran Vaşinqtonun İraqdakı iki bazasına 35 ballistik raket atmaqla cavab verib. Hazırda tərəflər bir-birinə sülh mesajları göndərsə də, ölkələrin bir-birinə qarşı düşmən mövqeyi heç də aradan getməyib.
ABŞ və İran arasında müharibənin digər ölkələrin də iştirakına və aktiv müdaxiləsinə səbəb olacağını nəzərə alan sosial şəbəkə istifadəçiləri bunun sonda III Dünya Müharibəsi ilə nəticələnəcəyini istisna etməyiblər. Bu səbəbdən həyəcan təbili çalan sadə insanlar bu müharibənin baş verməməsi üçün dünya ölkələrini aktiv fəalkiyyətə keçməyə çağırıblar.
Oxşar xəbərlər
İranın raket hücumu zamanı azı 80 amerikalı hərbçi öldü
İran bu gecə ABŞ-ın İraqdakı iki bazasına endirdiyi ballistik raket zərbəsi ilə bağlı yeni məlumat açıqlayıb. BAKU.WS xəbər verir ki, “Reuters” İran dövlət kana...