Dünyada canlıların yaşaması üçün lazım olan temperatur açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya alimləri araşdırmalar nəticəsində suda, quruda yaşayan heyvanların, bitkilərin və mikrobların inkişafı üçün lazım olan temperaturun 20 dərəcə olduğu müəyyən edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlarda temperaturun 20 dərəcədən çox olduğu halda bunu inkişafı geri saldığına aid nəticələr əldə edilib.
Bu da, o deməkdir ki, bu bir çox əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bunlara dənizdə yaşayan canlıların oksigen səviyyəsinə qarşı tolerantlığın azalması misal ola bilər.
Elm adamları, temperaturun bu dərəcənin üstündə uzun müddət qalması halında fosillərin belə yox oılacağını bildiriblər.
Bu kəşflər, hazırda 20 dərəcədən yuxarı olan biomüxtəlifliyin qlobal istiləşmə ilə daha da pisləşəcəyinə dair artan sübutları üzə çıxarır.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu, bir çox yerlərdə ekosistemlərin "sadələşməsinə" gətirib çıxaracaq.
Bundan əlavə, mövcud heyvan növləri arasında daha çox rəqabət olacağını və bu da onların yaşayış yerlərini daha da məhdudlaşdırıla biləcəyini qeyd ediblər.
Oxşar xəbərlər
İsveç alimləri bitkilərin böyüməsini sürətləndirən elektron torpaq hazırlayıblar
İsveç alimləri bitkilərin böyüməsini sürətləndirən elektron torpaq ərsəyə gətiriblər. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Linköpinq Univer...