DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...