DTX: Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən zərər vurmaq istəyənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
“Regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasiətlərini sabit olaraq davam etdirir”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr mövcuddur.
Hesabata əsasən, ötən il müxtəlif siyasi və vətəndaş qruplarının Rusiyadan gələn təhlükələri, həmçinin işğal altında olan ərazilər məsələsini gizlətməyə cəhdlərlə bağlı tendensiya müşahidə olunub: “Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasiətlərdə destabilizasiya yaratmağa çalışıblar. Bəzi qruplar Gürcüstanın müəyyən bölgələrində baş verənləri Rusiyanın işğalı ilə bərabər tutmağa cəhdlər ediblər”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...