Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir
Builki IV Şuşa Qlobal Media Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" adlı mövzusu çox vacibdir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında forumunun iştirakçısı, Bolqarıstan Teleqraf Agentliyinin (BTA) direktor müavini Yevgenia Drumeva deyib.
Onun sözlərinə görə, bundan əvvəl də o, Şuşa Media Forumunda iştirak edib:
"Bu gün mən Qarabağa yenidən səfər etmişəm. İndi bura tamamilə fərqlidir. Biz Şuşada Qarabağ küçəsində olduq. Bura, binalar, yenidənqurma və bərpa işləri möhtəşəmdir".
Y. Drumeva IV Şuşa Qlobal Media Forumunun builki mövzusunun mühüm önəm daşıdığını diqqətə çatdırıb:
"Çox vacib mövzudur. Ümid edirəm ki, forumda biz maraqlı fikirlər, çıxışlar eşidəcəyik".
Oxşar xəbərlər
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əm...