DİQQƏT! Qəbul etdiyimiz şirələr bu xəstəliklərə səbəb olur - ARAŞDIRMA - FOTO
Alimlər tərəfindən aparılan araşdırmalarda 2 litr və ondan artıq şirə qəbul edən insanlarda ürək xəstəliklərinə rast gəlindiyi müşahidə edilib.
BAKU.WS "CNN"ə istinadən xəbər verir ki, bu cür şirələr ürək döyüntüsünü sürətləndirir.
Həftədə 2 litrdən artıq şirə qəbulu "Atrial Fibrilasiya" xəstəliyinə səbəb olur ki, bu da ürək döyüntüsü 20 faiz artır.
"A-fib" olaraq bilinən xəstəlik bir çox şəxs tərəfindən sürətli ürək döyüntüsü və titrəmə kimi təsvir edilir.
100 qram portağal və ya tərəvəz şirəsini heç bir qatqı olmadan içmək isə "Atrial Fibrilasiya" riskini 8 faiz azaldır.
Bu araşdırma 2017-ci ildə avropalılar arasında aparılıb və onlarda bu xəstəliyinin 22 faiz olduğu müəyyən edilib.
Amerika Ürək xəstəlikləri xəstəxanasının həkimi Kris-Etherton bu şirələrin ürəyə başqa ziyanını müəyyən etmək çün daha çox araşdırma aparılmasını vurğulayıb.
O insanları bu şirələr əvəzinə sudan istifadə etməyə çağırıb.
"Atrial Fibrilasiya" adı ilə bilinən xəstəlik ABŞ-də infarktın ən birinci səbəbi kimi tanınır. Eyni zamanda bu xəstəlik qan laxtalanmasına, demans və böyrək xəstəliyinə də səbəb olur.
Dünyada 40 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Bunların 6 miıyonu Amerika vətəndaşlarıdır. Bunların bir çoxu döş qəfəsində ağrısı, nəfəs darlığı və yorğunluqdan şikayətlənir.
Professor Nincian Vanq tədqiqatların yekun nəticələrindən sonra insanları bu içkilərdən çəkinməyə çağırıb.
"Bu nəticələrə əsaslanaraq insanlara süni ədviyyatlı və şəkərli içkilərdən mümkün qədər az istifadə etməyi, hətta onlardan çəkinməyi məsləhət görürük", - deyə o bildirib.
Oxşar xəbərlər
Qripdən sonra bunlara diqqət edin: Pnevmoniya baş verə bilər - MÜTƏXƏSİS AÇIQLADI
Son zamanlar yuxarı tənəffüs yollarının infeksiyalarının sayı sürətlə artır. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis Gülfem Yıldırım bu...