Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu
01
noy
2019
10:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.F.Heydərov əvvəllər xidmət rəis müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib. Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
İşdən haqsız qovulan 82 nəfərin hüququ bərpa olundu – 108513 AZN ödənildi
Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qanunsuz şəkildə azad edilmiş 82 nəfəri əvvəlki işlərinə bərpa etdirib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...