Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçir"
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlmasında deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Katibi Antoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:
"ABŞ Dövlət Katibi Antoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq".
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...