Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:
“Onun (dövlət katibi Antoni Blinken – red.) azərbaycanlı həmkarını (xarici işlər naziri Ceyhun Bayramov – red.) bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...