DİN-dən məhkəmə sədrinin karantini pozması ilə bağlı yayılan məlumatlara MÜNASİBƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"un sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassızdır.
“Bəzi xəbər saytlarında Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması barədə dərc olunan yazı həqiqətə uyğun deyil”, - E.Qasımov qeyd edib.
Xatırladaq ki, mətbuatda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri N.Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılması, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi, daha sonra barəsində inzibati tənbeh tədbiri görülməyərək sərbəst buraxılması ilə bağlı məlumatlar yayılıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...