DİN: ABŞ-da yaşayan Azərbaycan vətəndaşının övladı ilə bağlı iddiaları araşdırılır

DİN: ABŞ-da yaşayan Azərbaycan vətəndaşının övladı ilə bağlı iddiaları araşdırılır
Siyasət 93

"ABŞ-da yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizovanın övladının qanunsuz övladlığa götürülməsi ilə bağlı iddiaları Xəzər Rayon Polis İdarəsində araşdırılır".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, azyaşlının anasının müraciətinə uyğun olaraq, bütün zəruri prosessual tədbirlər həyata keçirilir: "Lətafət Əzizova Rayon Polis İdarəsində qəbul edilib, araşdırmanın gedişi və qanunvericiliyin tələbləri ona izah edilib.

Polisin onun müraciətinə etinasız yanaşması ilə bağlı iddiaları isə həqiqəti əks etdirmir. Azyaşlının anası tərəfindən könüllü olaraq verildiyi şəxsdən alınaraq ona qaytarılması qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid olan məsələdir".

Son xəbərlər