"Dinc sakinlərin həlak olması Rusiyanı narahat edir" - Zaxarovadan Bərdəyə hücumla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Dağlıq Qarabağ münaqişəsi çərçivəsində dinc sakinlərin həlak olması Rusiyanı narahat edir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu raket atəşinə tutması nəticəsində dinc sakinlərin həlak olmasını şərh edən Rusiya XİN-in rəsmisi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin mürəkkəb olmasından təəssüfləndiyini bildirib: “Hərbi qarşıdurma davam edir. Bu şərtlərdə münaqişənin de-eskalasiyası və danışıqlar prosesinin başlanması məqsədi ilə enerjili səylərimizi həm milli formatda, həm də həmsədrlər çərçivəsində davam etdiririk. Münaqişə vaxtı hər iki tərəfdən dinc sakinlərin həlak olması bizi olduqca narahat edir. Biz əvvəlcədən atəşin dayandırılmasına və vəziyyətin siyasi diplomatik səthə keçməsinə çalışmışıq”.
M. Zaxarova sabah Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşəcəyini də xatırladıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....