Dilan Polatın köməkçisi Şule saxlanıldı - FOTO/VİDEO

Çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyünün Özbəkistan əsilli köməkçisi Şule saxlanılıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Şule ilə yanaşı Dilan Polatın həbsindən sonra villasında məskunlaşan qohumu da saxlanılaraq polis idarəsinə aparılıb.
Yoxlamalar zamanı Şulenin oturma icazəsinin bitdiyi, qohumu K. Nərgizin isə 9 ay əvvəl ölkəyə turist vizası ilə daxil olduğu və hazırda Türkiyədə qeyri-qanuni yaşadığı müəyyən edilib.
Onların işinə baxıldıqdan sonra hər ikisi deportasiya ediləcək.
Qeyd edək ki, Şule bir müddət əvvəl alış-veriş mərkəzində Dilan Polatın pencəyində görüntülənib. Videosu bir istifadəçi tərəfindən gizli çəkilən Şule görüntülərdən sonra polisə şikayət edib.
Qalereya

Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün qonşularına hücum etdikləri ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya...