Dərbənddə sinaqoq və kilsə avtomat silahlardan atəşə tutulub, ölən və yaralı var
Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat verib.
“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Dağıstanda xaos böyüyür - Soydaşlarımızın yaşadığı Dərbənddə SON VƏZİYYƏT
“Dərbənddə, ümumiyyətlə, Dağıstanda yaşayan soydaşlarımız Mahaçqalada baş verən hadisələrin təsirinə düşməməli, özlərini çox təmkinli aparmalıdırlar”. Bunu Bizi...