Deputat: Texnoloji çağırışlar Azərbaycanın gələcək inkişafını müəyyən edən əsas amillərdən biridir
Ekoloji və texnoloji çağırışlar Azərbaycanın gələcək inkişafını müəyyən edən əsas amillərdən biridir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.
O bildirib ki, xüsusilə içməli su təhlükəsizliyi bu məsələlər arasında mühüm yer tutur:
"Azərbaycan su ehtiyatlarının əhəmiyyətli hissəsini qonşu ölkələrdən aldığı üçün su təminatı baxımından xarici mənbələrdən asılı vəziyyətdədir. Buna görə də ekoloji amillər həm əhalinin sağlamlığına, həm iqtisadi inkişafa, həm də ölkənin uzunmüddətli dayanıqlılığına birbaşa təsir göstərir. Bu çağırışları nəzərə alaraq, hazırda universitetlərimizdə su ehtiyatlarının idarə olunması, içməli su təhlükəsizliyi və Xəzər dənizinin ekoloji problemləri ilə bağlı yeni tədqiqat proqramları yaradılır. Hesab edirik ki, məhz bu məsələlər gələcəkdə Azərbaycanın inkişaf trayektoriyasını və sabitliyini müəyyən edən əsas faktorlar olacaq".
Oxşar xəbərlər
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
İyunun 4-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin b...