Deputat Müdafiə Nazirliyinin Hospitalını tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get, özün al”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzi qazilər orduran hələ də təxris edilməyib:
“Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir?
YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...