Deputat Hindistan parlamentinin iclasında əxlaqsız video izlədi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda ölkəni ayağa qaldıracaq hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Tripura ştatında Milli Məclis büdcə ilə bağlı müzakirələr aparıb. Bu vaxt Hindistan Xalq Partiyasının üzvü Jadab Lal Nath mobil telefonunda əxlaqsız görüntülər izləyib.
Deputatın bu hərəkəti ətrafdakı kameralar tərəfindən görüntülənib.
Hadisə ilə bağlı Tripura Milli Məclis rəhbəri Biswabandhu Sen açıqlama verib:
"Adətən sosial şəbəkələrdə belə videolar daha tez yayılır. Mən həqiqətləri öyrənməmiş addım atmıram. Bununla da bağlı hər hansı bir şikayət gəlməyib".
"Məclisdə mobil telefon işlətmək qadağandır. Mən də bunu bilirəm. Dəfələrlə zəng etdilər. Zəngə cavab verərkən birdən-birə ədəbsiz görüntülər çıxdı. Qısa müddət sonra isə o videonu bağladım", - Nath bildirib.
Müxalifət isə Nathın bu hərəkətini əxlaqsızlıq adlandırıb və onun cəzalandırılmasını tələb edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...