Daxili İşlər Nazirliyindən komendant saatı ilə bağlı vətəndaşlara müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyindən komendant saatı ilə bağlı vətəndaşlara müraciət ünvanlanıb.
BAKU.WS həmin müraciəti təqdim edir:
Əziz həmvətənlər!
Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.
Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız.
Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın.
Oxşar xəbərlər
DİN-dən komendant saatı ilə bağlı XƏBƏRDARLIQ - DETALLAR AÇIQLANDI
Məlum olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə...