Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Daş Salnamə Muzeyində "Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı üçün xüsusi hazırlanan "Suyun sirri" pantomim tamaşası təqdim olunub.
BAKU.WS xəbər verir ki, tədbirdə iştirak edən "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər.
Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.
Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib. Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.
Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.
Qalereya
Oxşar xəbərlər
Belarus səfiri: "Qarabağa yeddinci səfərimdir, burada yaşayış yerlərinin ətrafında yeni iş yerləri açılır"
"Bu mənim Qarabağa yeddinci səfərimdir. Buraya hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm". Bunu Baku TV-yə açıqlamasında Belarusun Azərbaycan...