Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Danimarkanın "Vestas Wind Systems A/S" şirkəti ilə ölkənin "yaşıl enerji" ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik", - nazir qeyd edib.
Görüş zamanı, həmçinin, birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivləri nəzərdən keçirilib.
Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2026
Görüş zamanı #Azərbaycan-ın yaşıl #enerji ixracı üzrə regional mərkəzə… pic.twitter.com/rWPiu2qgsN
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...