Daha bir estetik qurbanı - Üzünə vurulan dolğu əriyib axır - VİDEO
Türkiyədə "Kısmetse Olur Aşkın Gücü" yarışmasının iştirakçısı olan Simge Nur Erkoç estetik qurbanı olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun üzünə vurdurduğu dolğu əriyərək axır.
O bu barədə özünün sosial şəbəkə hesanında paylaşım edib.
Simge həkimi məhkəməyə verdiyini deyib:
"Sən sadəcə qəpik-quruş verib, sosial şəbəkə hesablarını bağlatdıra bilərsən. Saxta sənədlərlə yüzlərlə insana, o cümlədən mənə bu dolğuları edib, onlarla insanın sağlamlığını təhlükəyə atdın. Hələ də bu prosedurları edirsən və bizi tanımadığını iddia edirsən! Bu saxtakarlığın hesabını sənə ödətdirəcəyik. Niyə insanları aldadırsan, niyə saxtakarlıq edirsən?
Mən məhkəməyə müraciət etmişdim, amma çox uzanıb, ona görə də sosial şəbəkələrdə bu barədə yazmışam. Mən haqqımı ttələb edirəm. O həkimin ən ağır formada cəzalandırılmağını istəyirəm. Üç-dörd ay üzümdən irin axdı. Bu həkimdən əziyyət çəkən insanlar mənə müraciət etdilər. Biri 75 faiz görmə qabiliyyətini itirdi, birinin üzü pisləşdi. Bu cinayətkar bunları edir və heç bir şey olmamış kimi yaşamağa davam edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...