Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib
Foto
Siyasət 14

Daha 18 ukraynalı uşaq reabilitasiya və bərpa üçün Azərbaycana gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.

"Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri artıq 594 uşaq Azərbaycanın qayğısını, həmrəyliyini və qonaqpərvərliyini görüb", - paylaşımda bildirilib.

Paylaşımın sonunda dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Qeyd edək ki, aprelin 19-da 29 ukraynalı uşaq və üç müşayiətçi psixoloji, sağlamlıq reabilitasiyası üçün Azərbaycana gəlib.

Son xəbərlər