Dağlıq Qarabağda iki erməni əsgər yaralanıb
24
yan
2020
13:45
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki erməni əsgər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "tert.am" portalı məlumat yayıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və Armen Mesopyan güllə yarası alıblar.
Yaralanan əsgərlərdən Zakaryanın vəziyyətinin ağır olduğu deyilir.
Erməni əsgərlərin hansı şəraitdə güllə yarası alması məlum deyil.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Oxşar xəbərlər
General Süleymani erməni generalın əli ilə öldürülüb
İsrailli politoloq Aviqdor Eskin İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ Hərbi Hava Qüvvəl...