Dağıstanlı makler xidmət haqqını ödəməyən qadını öldürərək cəsədini yandırdı - VİDEO

Mahaçqalada 25 yaşlı rieltor ona xidmət haqqını ödəmək istəməyən qadını boğub, sonra isə onun cəsədini yandırıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Dağıstan üzrə Rusiya Daxili İşlər Nazirliyinin regioanl bölməsi xəbər verib.
Şübhəli şəxs ona mənzili satmağa kömək etdiyini, lakin xidmət haqqını ala bilmədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçmiş müştərini öldürüb pulunu almaq qərarına gələn şəxs onu kimsəsiz yerə aparıb və boğub. Makler cinayətin izlərini gizlətmək üçün cəsədi Qarabudağkənd rayonunun Adanak kəndinin kənarında yerləşən tərk edilmiş poliqonun ərazisində yandırıb.

Oxşar xəbərlər
Rusiyada kişi zorlayıb öldürdüyü qızın cəsədi üzərinə beton tökdü - VİDEO
Rusiya İstintaq Komitəsi gənc qızı zorlayaraq öldürən və cəsədini gizlətmək üçün zirzəmidə basdıraraq üzərinə beton tökən şəxsin ilkin ifadəsini əks etdirən vid...