Dağıstanda su kəmərinə görə əhali polislə əlbəyaxaya çıxdı - VİDEO

Dağıstanda su kəmərinə görə əhali polislə əlbəyaxaya çıxdı - VİDEO
Video
Siyasət 531
Dağıstanın Meusişa kəndinin sakinləri su təchizatı sisteminin inşasına kütləvi etiraz olaraq aksiya keçirib. BAKU.WS xəbər verir ki, bu barədə "Kafkazskiy uzel" portalı məlumat yayıb. Kəndin başçısı Musabek Musabekov bildirib ki, kənd sakinləri inşaat işlərinin aparıldığı yerdə aksiya keçirib. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dəyənəklərlə dağıdıb.Videodan görünür ki, hüquq-mühafizə orqanlarının hərəkətləri nəticəsində qadınlar da daxil olmaqla, bir neçə nəfər yaralanıb.Qeyd edək ki, kənddə etirazlar oktyabrın əvvəlindən başlayıb.Yerli sakinlər qonşu Urkarah kəndinə su verilməsinin əleyhinədirlər.Sakinlər narahatdır ki, tikinti 150 hektar meşə, otlaq və ot sahələrinə girişi məhdudlaşdıracaq.

Oxşar xəbərlər

Son xəbərlər