Dağda çobanlıq edə-edə Türkiyə üzrə ikinci ən yüksək balı topladı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Elazığ vilayətinin Ağdağ bölgəsində çobanlıq edən Mehmet Halil Yazar adlı gənc Türkiyədə 8-ci sinfi bitirəndən sonra verilən liseyə qəbul imtahanında ölkə üzrə ikinci ən yüksək bal toplayıb.
BAKU.WS-in oxu.az-a istinadən məlumata görə, Elazığın ən ucqar mahallarından birində yaşayan 14 yaşlı oğlanın atası qeyd edib ki, oğlu həm çobanlıq edərək ailəyə kömək edir, eyni zamanda mütəmadi olaraq dərslərini oxuyub.
Atası vurğulayıb ki, oğlu dağda heyvan otararkən özü ilə götürdüyü kitabları davamlı mütaliə edib və lisey imtahanında iştirak etməkdə israrlı olub.
“Nəticədə 494 bal toplayıb, ölkə üzrə ikinci ən yaxşı nəticəyə nail olduq. Çox qürurluyuq”, - deyə gənc istedadın atası bildirib.
Qeyd edək ki, Türkiyədə uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Bu, olduqca çətin imtahan hesab olunur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...