İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-in keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-in ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...