İcra başçısından "kortej" və mühafizəçilərlə gəzməsi xəbərinə cavab: hamısı ağ yalandır

İcra başçısından kortej və mühafizəçilərlə gəzməsi xəbərinə cavab: hamısı ağ yalandır
Siyasət 2315

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Dövlət Yol Polisi (DYP) avtomobillərinin müşayiəti ilə "kortej" və mühafizəçilərlə gəzməsi barədə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, M.Məmmədov ölkə.az-a deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Yalandan ağıllarına gələni yazırlar, hamısı ağ yalandır. Rayonda hər kəs yaxşı bilir ki, mən insanların içərisində olan icra başçısıyam. Ümumiyyətlə, daxili işlər naziri Ramil Usubov icra başçılarına görə Dövlət Yol Polisi əməkdaşlarına elə səlahiyyət verər ki, polis icra başçılarının avtomobillərini müşayiət etsin, yolları bağlasın? Təbii ki, yox!

Mən bütün günü piyada camaatın içərisində oluram. Mən gün ərzində heç öz xidməti avtomobilimə 1 saat oturmuram, bütün günü piyada gəzirəm, insanlarla görüşürəm. Ona görə də bu cür xəbərləri yazanlar pul istəyən "reket" saytlardır. Ağızları ətə çatmayanda deyirlər ki, pisdir".

Xatırladaq ki, bir sıra saytlarda Tərtərin icra başçısı Müstəqim Məmmədovun rayonda "kortejlə" gəzməsi barədə məlumatlar yayılıb.

BAKU.WS

Oxşar xəbərlər

Ağdam, Tərtər və Goranboyda son vəziyyət

Ağdam, Tərtər və Goranboyda son vəziyyət

Hazırda təmas xəttinə yaxın rayonlarda - Ağdam, Tərtər və Goranboyda vəziyyət nisbi sakitdir. Bu barədə Trend-ə məlumat verən Ağdam rayon İcra Hakimiyyətinin...

2693 Siyasət 13:30 09 aprel 2016

Son xəbərlər