COVID-19-dan öldüyü ehtimal edildi, 2 il sonra ortaya çıxdı

COVID-19-dan öldüyü ehtimal edildi, 2 il sonra ortaya çıxdı
Siyasət 123

Hindistanın Madhya-Pradeş əyalətinin Dhar şəhərinin sakini, COVID-19 səbəbiylə öldüyü güman edilən Kamleş Patidar iki il sonra ailəsinin yanına qayıdıb.

BAKU.WS-in "TRT Haber"ə istinadən məlumatına görə, Patidarın qohumu Mukeş Patidar jurnalistlərə Kamleşin 2021-ci ildə COVID-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Gujarat Dövlət Xəstəxanasına aparıldığını və daha sonra xəstəxana tərəfindən təhvil verilən meyit üçün yandırma mərasimi təşkil etdiklərini bildirib.

Öldüyünü zənn etdikləri Kamleş Patidarın iki ildən sonra bibisinin qapısını döydüyünü qeyd edən Mukeş Patidar, hadisə ilə əlaqədar bütün ailə üzvlərinin və yaxınlarının şokda olduğunu bildirib.

Mukeş Patidar iki il ərzində Kamleş Patidarın harada olduğu barədə onlara heç bir məlumat vermədiyini vurğulayıb.

Son xəbərlər