COP28-in yüksəksəviyyəli lideri: "İqlim dəyişikliyi ilə birgə mübarizə önəmlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
"İqlimlə bağlı fəaliyyətin mümkün, sərfəli və eyni zamanda, populyar olduğunu nümayiş etdirən bir sıra proqramlar var".
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-cu sessiyasının (COP28) iqlim üzrə yüksəksəviyyəli lideri Razan Al Mubarak bildirib.
O, bu barədə COP29 çərçivəsində təşkil olunmuş Qlobal İqlim Fəaliyyəti ilə bağlı sessiyada danışıb.
Qonağın sözlərinə görə, burada əsas məsələ davamlı fəaliyyətin təşviq edilməsidir.
"Beləliklə, yüksəksəviyyəli çempionlar, qeyri-tərəfdaşlar əməkdaşlıq etməlidirlər. İqlim dəyişikliyi mürəkkəb problemdir və onu kollektiv həll etmək, hədəflərə çatmaq üçün daha çox insanı bir araya gətirməyimizi təmin edən hekayəyə ehtiyacımız var. İqlim dəyişikliyi ilə birgə mübarizə önəmlidir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...