COP28-in Prezidenti: "COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyası Azərbaycanda növbəti uğurunu qazanacaq.
"Report" xəbər verir ki, bunu COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber COP29-un açılış mərasimində deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı pozit olmalıyıq: "Bizim əməllərimiz sözlərimizdən güclü olmalıdır və əməlimizlə özümüzü göstərməliyik. Azərbaycanın dediyi və şüar etdiyi kimi "yaşıl dünya naminə" həmrəy olaq. Birlikdə əməkdaşlıq və tərəfdaşlıq edək. Bizim iqlim dəyişmələri kimi bir mövzuda çalışmağımız üçün iradəmiz olmalıdır".
Həmçinin COP28 Prezidenti sədrliyi Azərbaycana ötürdüyünü qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Maldiv liderini təbrik edib
Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Pr...