COP28 bu gün COP sədrlikləri üçlüyünü işə salıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) bu gün COP sədrlikləri üçlüyünü işə salıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə COP28-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, COP28 “Missiya 1.5°C”ni dəstəkləmək üçün iqlimlə bağlı fəaliyyətin artırılmasına gətirib çıxaran cari və gələcək COP sədrlikləri arasında əməkdaşlığı, eləcə də davamlılığı yaxşılaşdırmaq üçün Azərbaycan və Braziliya ilə tərəfdaşlıq olan COP sədrlikləri üçlüyünü işə salıb.
Üçlük Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun olaraq Paris Sazişinin bütün sütunları üzrə ambisiyaları yüksəltmək üçün üç sədrliyin indi və COP30 arasında əməkdaşlıq etməsi üçün bir platforma təmin edəcək.
Oxşar xəbərlər
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq - AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçir...