Çiynində bir kisə pulla küçədə belə gəzdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində qəribə hadisə yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tahtakele ərazisində naməlum bir şəxs çiynində pul dolu kisə ilə görüntülənib.
Kisə şəffaf olduğundan içindəki pulun miqdarı da təxmin edilib.
Qeyd edilib ki, həmin şəxs 50-100 min dollar aralığında pulu dəyişdirərək onu türk lirəsinə çevirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq səs-küyə səbəb olub. Şəkilə minlərlə şərh yazılıb. Bəzi sosial media istifadəçiləri lirənin günbəgün dəyər istirməsinə diqqət çəkib.
Digər istifadəçiləri isə Türkiyəni hazırda iqtisadi böhran yaşayan Venesuela ilə müqayisə edib.
Oxşar xəbərlər
ABŞ-da “Türk evi”nin açılışı olub - FOTO
ABŞ-ın Nyu-York şəhərində “Türk evi”nin açılışı olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, binanın açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Ta...