Çində koronavirusdan ilk dəfə əcnəbi vətəndaşlar öldü

08
fev
2020
10:32
Çinin Uhan şəhərində koronavirus epidemiyasından ilk dəfə əcnəbi vətəndaşlar ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, dünyasını dəyişən şəxslərdən biri ABŞ, digəri isə Yaponiya vətəndaşıdır.
Onlar virusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi, ancaq həyatlarını xilas etmək mümkün olmayıb. Amerikalının ölümü virusun ortaya çıxdığı gündən bu yana Çində ölən ilk əcnəbi vətəndaş kimi qeydiyyata düşüb.
Bu günə qədər Çin xaricində yalnız Filippin və Honkonqda ölüm hadisəsi baş verib. Həmin bölgələrdə ölən iki nəfər də elə Çin vətəndaşı olub.
Oxşar xəbərlər
Koronavirusun qeydə alındığı ölkələrin SİYAHISI
Dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilən yeni tip koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb. BAKU.WS-in məlumatına görə, virusdan 425 nəfər...
